RU

Şirvanda it qadını dişlədi - Sakinlər qorxu içindəVİDEO

Yaşlı qadın  sahibsiz itlərin hücumuna məruz qalıb. Ayağından xəsarət alan qadın xəstəxanaya çatdırılıb.

Xezerxeber.az xəbər verir ki, Şirvanda Tofiq İsmayılov küçəsi, 27 D ünvanındakı binada yaşayan sakinlər dəfələrlə sahibsiz itlərin hücumuna məruz qaldıqlarını deyirlər. 76 yaşlı  Nurəngiz Yüzbaşovanı da həyətdə it dişləyib. Dərhal yaxınlarının köməyi ilə xəstəxanaya aparılaraq ona ilkin tibbi yardım göstərilib.

Bina sakinləri qeyd edirlər ki, sahibsiz itlərin qorxusundan bəzən uşaqları məktəbə də, apara bilmirlər. Dəfələrlə küçə itlərinin onlara hücum çəkdiklərinin şahidi olublar.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasından verilən məlumata görə, it dişləmiş qadın hazırda evə buraxılıb. Ancaq həkim nəzarətindədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Избранный
0
1
xezerxeber.az

2Источники