Bəhreyndə dövlət neft şirkəti BAPCO-nun obyektində baş verən sızıntı nəticəsində iki nəfər həlak olub, müəssisənin daha bir əməkdaşı reanimasiyadadır.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Bəhreyn şirkətinin məlumatında deyilir.
Hadisə təhlükəsizlik klapanlarının nasazlığı səbəbindən baş verib. BAPCO-nun bəyanatına əsasən, həmin şəxslər hadisə zamanı avadanlığı yoxlayırmışlar.
"Vəziyyət tam nəzarət altındadır. Sızıntı aradan qaldırılıb, istehsal işləri bərpa edilib. Əsas diqqət hələ də əməkdaşların və podratçıların təhlükəsizliyinə, həmçinin ətraf mühitin qorunmasına yönəlib", - bəyanatda qeyd olunub.
Baş vermiş hadisə ilə bağlı yoxlama aparılır.