RU

"Nürnberq"də yeni hücumçu - Mahir Emrelinin taleyi sual altında

Mahir Emrelinin çıxış etdiyi "Nürnberq"in növbəti mövsüm üçün çalışmalara start verib.

İdman.biz xəbər verir ki, Almaniya mətbuatında komandanın hücum xəttinə yeni transfer etdiyini yazıb.

Nürnberq təmsilçisi 17 yaşlı forvard Artyom Stepanovla müqavilə imzalayıb. Ukrayna gənclər yığmasının futbolçusu 2022-ci ildən "Bayer"in heyətinə cəlb olunsa da, komandanın heyətində meydana çıxmayıb. "Nürnberq" "Ulm"da oynayan 25 yaşlı Semir Telaloviçlə danışıqlar aparır. Onun mövsümün sonunda nürnberqlilərin qoşulması gözlənilir.

Yazıda Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin "Nürnberq"dəki gələcəyinin sual altında olduğu bildirilib. Yeni hücumçularla anlaşan komandanın mövsümün sonunda müqaviləsi başa çatacaq Mahirlə yollarını ayırması gözlənilir.

Qeyd edək ki, Emrelinin hələ qışda "Nürnberq"i tərk etməsi gündəmə gəlsə də, onun gedişinə yaşıl işıq yandırılmamışdı. O, komandanın heyətində bu mövsümdə 22 oyunda 8 qol və 1 ötürmə ilə yadda qalıb. Son 3 matçda 4 dəfə fəqlənən Mahirin bir çox klublardan təklif aldığı xəbərləri yayılıb.

İdman.biz

Избранный
0
idman.biz

1Источники