Çilinin cənubunda rixter cədvəli üzrə 7,5 bal gücündə zəlzələ baş verib. Metbuat.az xəbər verir ki, yeraltı təkanlar yerin 10 kilometr dərinliyində yerləşib. Zəlzələdən sonra Puerto Villiams və Antarktida üçün sunami xəbərdarlığı edilib. Yerli dairələrə bölgədə mümkün dalğa risklərinə qarşı tədbir görməyə çağırıb. Çilinin təbii fəlakətlər agentliyi Magallanes sahil bölgəsinin sakinlərindən ərazini təxliyə etməyi tələb edib. ABŞ Geoloji Xidməti isə zəlzələnin 7,4 bal gücündə olduğunu bəyan edib. ABŞ-nin Sunami Xəbərdarlıq Mərkəzi dalğaların Dreyk keçidində baş vermiş zəlzələnin episentrindən 300 kilometr aralıda baş verə biləcəyini bildirib.