ABŞ Geoloji Xidməti (USGS) Argentinanın cənubunda 7,4 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.
zəlzələdən sonra Çili sahillərinin “təhlükəli” sunami dalğaları riski ilə üzləşdiyi barədə xəbərdarlıq edilib.
ABŞ Sunami Xəbərdarlıq Mərkəzləri bu dalğaların Dreyk keçidində baş verən zəlzələnin episentrindən 300 kilometr aralıda meydana gələ biləcəyini bildirib.
Çilinin təbii fəlakət agentliyi Magallanes sahil bölgəsində yaşayan sakinlərə ərazini təxliyə etmələrini bildirib.
Günel Məlikzadə