Ukrayna Rusiyanın Stavropoldakı əsas kosmik kəşfiyyat obyektinə zərbə endirdiyini elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Kovalenko məlumat verib.
“Mayın 2-də səhər saatlarında Stavropol diyarında Ukraynaya məxsus pilotsuz təyyarələrin gecə hücumu nəticəsində Rusiyanın “Zvezda” kod adlı kosmik kəşfiyyat qurğusu vurulub.
Sözügedən obyekt ilk dəfə 2024-cü ilin iyulunda hücuma məruz qalıb. Bu bölmə Rusiya kosmik elektron kəşfiyyat sisteminin əsas stansiyalarından biridir", - Kovalenki Teleqram kanalında yazıb.
Kovalenkonun sözlərinə görə, “Zvezda” Rusiya kəşfiyyatının “strateji arxitekturasının bir hissəsidir. O, döyüş bölgələrində vəziyyətə nəzarət edir və həmçinin kibercasusluqda iştirak edir.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта