RU

Qvardiola “Mançester Siti”dən ayrılacağı vaxtı açıqladı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandadan ayrılacağı vaxtı açıqlayıb.

Msport.az xəbər verir ki, ispaniyalı mütəxəssis hazırkı müqaviləsi başa çatdıqdan sonra “şəhərlilər”i tərk edəcəyini bildirib.

O, Mançester təmsilçisindən ayrıldıqdan sonra məşqçilik karyerasına fasilə verəcəyini söyləyib.

Qeyd edək ki, 9 ildir “Mançester Siti”nin sükanı arxasında olan Qvardiolanın müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

Избранный
0
msport.az

1Источники