RU

Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib (FOTO)

Bakı. Trend:

2 may 2025-ci il tarixində Bakıda Gənclərin Süni İntellektForumu baş tutub.

Trend xəbərverir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu vəAzərbaycan İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə keçirilən Forum,süni intellekt sahəsindəki trendləri gənclərlə bölüşmək, onların busahədə bilik və bacarıqlarını artırmaq və şəbəkələşməyə şəraityaratmaq məqsədi daşıyıb.

Açılış mərasimində millət vəkili Tahir Mirkişili, GənclərFondunun icraçı direktorunun müavini vəzifəsini icra edən YusifVəliyev, GİKM-in Baş direktoru Azər Əliyev çıxış edib, süniintellektin təkcə texnologiya deyil, həm də iqtisadiyyat, təhsil,səhiyyə və cəmiyyət üçün əsas transformasiya vasitələrindən biriolduğunu vurğulayıblar.

150-ə yaxın gəncin iştirak etdiyi Forum çərçivəsində “Süniintellekt və gənclər: rəqəmsal gələcəyə doğru” mövzusunda panelmüzakirəsi təşkil olunub.

"Brandmaker E-commerce Agency"nin təsisçisi Fərid Məhərrəmlininmoderatorluğu ilə keçirilən paneldə Azərbaycan İnformasiya vəKommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının üzvü İlqarCəfərov, “Women in Tech” təşkilatının Azərbaycan nümayəndəliyinindirektoru Leyla Seyidzadə və 4SİM-in rəqəmsal iqtisadiyyatşöbəsinin rəhbəri Xəyalə Fətullayeva çıxış ediblər. Gənclər süniintellektin real tətbiq sahələri, həmçinin karyera imkanları barədəməlumatlandırılıblar.

Panel müzakirəsindən sonra keçirilən sual-cavab sessiyasındaiştirakçılar spikerlərə öz suallarını ünvanlayıb, onlarımaraqlandıran məsələlər üzrə fikir mübadiləsi aparıblar.

"suniintellekt.az" platforması tərəfindən maarifləndiriciməlumat sessiyası da keçirilib. Sessiya zamanı iştirakçılara süniintellekt texnologiyalarının tətbiq sahələri, öyrənmə resursları vəkaryera imkanları barədə ətraflı məlumat verilib.

Süni İntellekt Forumu gənclərin rəqəmsal texnologiyalarsahəsində maariflənməsinə və bu istiqamətdə şəbəkələşməsinə imkanyaradıb.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Məqalədə:
Избранный
0
1
az.trend.az

2Источники