RU

Ölkədən çıxışına məhdudiyyət qoyulan şəxslərə gələcəkdə elektron formada məlumat verilə bilər

BAKI, 2 may. TELEQRAF

Hər bir vətəndaş barəsində verilən məhdudiyyət tədbirindən məlumatlıdır. Amma hazırda barəsində məhdudiyyət tətbiq edilən vətəndaşlara bu məlumatın elektron formada göndərilməsi üzərində iş aparılır.

Teleqraf xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən ikinci forumunun panel müzakirələrində jurnalistlərin suallarını cavablayarkən deyib.

Baş Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Saleh Hacıyev isə deyib ki, xüsusilə, ağır cinayət hadisələrində vətəndaşın kənar yerlərə getmək imkanı daralır.

"Şübhəli və təqsirləndirilən şəxslərin özlərinə məlumat verilməklə onların ölkədən çıxışına məhdudiyyət qoyulur. İcraat başa çatana qədər məhdudiyyət aradan qaldırılmır. Onlara elektron qaydada da məlumat verilməsi gələcək üçün nəzərdə tutula bilər", - deyə o, əlavə edib.

Избранный
0
teleqraf.com

1Источники