“Xırdalan” və bir çox məşhur pivə istehsalçısı “Carlsberg Azerbaijan” şirkəti ilə bağlı cərimə protokolu imzalanıb. Pivə şirkəti cərimələnə bilər.
Tribunainfo.az xəbər verir ki, pivə istehsalı ilə məşğul olan şirkətdə aparılan yoxlama zamanı İnzibati Xətalar Məcəlləsinin əmək hüquqları əleyhinə olan 192.1-ci maddəsinin pozulduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Oivə istehsalçısı ilə bağlı işə 5 may tarixində Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Rəşadət Ağayevin icraatındadır.
Qeyd edək ki, “Carlsberg Azerbaijan” pivə zavodu Xırdalan şəhərində yerləşən ölkənin ən böyük pivə istehsalçı şirkətidir.
Vyaçeslav MaltsevVyaçeslav Maltsev
“Carlsberg Azerbaijan”ın baş direktoru Vyaçeslav Maltsevdir. Biznesin inkişafı şöbəsinin müdiri isə Yaqub Əlizadədir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən Rəsul