“Yuventus” futbolçusu Federiko Qatti ilə müqavilə müddətini uzadacaq.
İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı oyunçu ilə imzalanacaq yeni müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub. Qatti bu mövsüm “Yuventus”un heyətində 40 oyuna çıxaraq 1 qol vurub və 2 qolun ötürməsini edib.
Onun hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.