RU

“Rus Evi”nə dair danışıqlar davam edir” - Yevgeni Primakov

Rusiya və Azərbaycan Bakıdakı "Rus Evi"nin statusunun həlli ilə bağlı işləri davam etdirir

Hurriyyet.az xəbər verir ki, bunu "Rossotrudniçestvo"rəhbəri Yevgeni Primakov bildirib.

"Səfirlik və Xarici İşlər Nazirliyi ilə Azərbaycan arasında təmaslar davam edir. Bu, peşəkar hüquqşünaslar və xarici siyasətlə məşğul olan şəxslərin işidir. Yəni bu, səriştəmizdən kənar məsələdir.

Hüquqi status məsələsi hələ də həll olunur. Biz müsbət münasibətimizi saxlayırıq. Hesab edirik ki, bütün bunları hamını qane edəcək şəkildə həll etmək lazımdır".

Xatırladaq ki, bu ilin fevralda "Rossotrudniçestvo" rəhbərliyi Azərbaycan Xarici İşlər Nazirliyinin tələbi ilə əlaqədar Bakıdakı "Rus Evi"nin fəaliyyətini dayandırmağa və şəhərin mərkəzindəki binaların boşaldılması üçün tədbirlər görməyə məcbur olduğunu bəyan edib.

Bu tələbin formal səbəbi Bakıdakı "Rus Evi"nin yerli qanunvericilikdə tələb olunan hüquqi şəxs kimi qeydiyyata alınmaması olub.

Aprel ayında "Rossotrudniçestvo" rəhbərinin müavini Pavel Şevtsov bildirib: "Bakıdakı "Rus Evi" ilə bağlı vəziyyət Rusiya və Azərbaycan prezidentlərinin şəxsi görüşündə həll olunacaq".

O vurğulayıb: “Ümid edirik ki, bu məsələ yaxın vaxtlarda Rusiya Federasiyası və Azərbaycan prezidentlərinin şəxsi görüşündə məsələ həllini tapacaq. Başa düşürük və Azərbaycan hakimiyyəti də başa düşür ki, bir çox insanlar humanitar müstəvidə qarşılıqlı fəaliyyətə öyrəşiblər".

Yenisabah.az

Избранный
0
1
hurriyyet.az

4Источники