RU

İki cüdoçumuz bu gün mübarizəyə başlayır - "Böyük Dəbilqə"

Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirinin ilk günündə Azərbaycanın iki cüdoçusu mübarizəyə başlayacaq.

"Football-plus.az" xəbər verir ki, Balabəy Ağayev (60 kq) 1/8 finalda Fathur Rohman (İndoneziya) / Acıtı Dombuu (IJF) cütünün qalibi ilə üz-üzə gələcək. Yaşar Nəcəfov (66 kq) eyni raundda Tacikistan təmsilçisi Exson Safarzoda ilə qarşılaşacaq.

Qeyd edək ki, "Böyük Dəbilqə" turnirinə mayın 4-də yekun vurulacaq.

Избранный
0
6
football-plus.az

3Источники