RU

Göz sağlamlığını necə qoruyaq?

Müasir həyat tərzi nəticəsində gözlər gün ərzində davamlı olaraq mavi işığa, zərərli şüalara və ətraf mühit faktorlarına məruz qalır. Bu, zamanla görmə problemlərinə səbəb ola bilər.

 

Pravda.az xatırladır ki, düzgün qidalanma ilə göz sağlamlığını qorumaq və yaşla əlaqəli xəstəliklərin qarşısını almaq mümkündür.

 

 Göz sağlamlığı üçün ən faydalı qidalar

 

Göz sağlamlığı üçün vacib olan əsas vitamin və minerallar A, C, E vitaminləri, sink, lutein, zeaksantin və omega-3 yağ turşularıdır. Bu maddələr göz hüceyrələrini sərbəst radikalların zərərli təsirlərindən qoruyur və katarakta, makula degenerasiyası kimi yaşla əlaqəli göz xəstəliklərinin riskini azaldır

 

Aşağıdakı qidalar göz sağlamlığı üçün xüsusilə faydalıdır:

 

 Tünd yaşıl yarpaqlı tərəvəzlər

 

İspanaq, kələm, kahı və cəfəri həm C, həm də E vitamini ilə zəngindir. Lutein və zeaksantin də ehtiva etdikləri üçün mavi işığa qarşı təbii qoruyucu rolunu oynayırlar.

 

Narıncı rəngli meyvə və tərəvəzlər

 

Kök, şirin kartof, ərik, manqo və qovun beta-karotin baxımından zəngindir və bədəndə A vitamininə çevrilərək gecə görməsini yaxşılaşdırır.

 

Balıq və dəniz məhsulları

 

Somon, tuna kimi yağlı balıqlar omega-3 yağ turşuları ilə zəngindir. Bu maddələr retina sağlamlığına dəstək olur və göz quruluğuna qarşı qoruyucu təsir göstərir.

 

Quru meyvələr

 

Badam, qoz, çia toxumu, kətan toxumu E vitamini və faydalı yağlar baxımından zəngindir və göz hüceyrələrini oksidləşmə stresindən qoruyur.

 

Yumurta

 

Lutein, zeaksantin və sink tərkibli yumurta göz sağlamlığını qoruyur və yaşla əlaqəli makula degenerasiyasının qarşısını ala bilər.

 

Sitrus meyvələri

 

Portağal, limon və qreyfurt C vitamini baxımından zəngindir və göz damarlarını gücləndirir.

 

Brokoli və brüssel kələmi

 

Bu tərəvəzlər beta-karotin, C vitamini və lutein ehtiva edərək göz hüceyrələrini qoruyur.

 

Lobya və paxlalılar

 

Sink baxımından zəngin olan bu qidalar retinanın sağlamlığına müsbət təsir göstərir.

 

Göz sağlamlığı üçün faydalı vitamin və minerallar:

 

A Vitamini - retina hüceyrələrini qoruyur, gecə görməsini dəstəkləyir

 

C Vitamini - göz damarlarını və hüceyrələrini sərbəst radikallardan qoruyur

 

E Vitamini - hüceyrə membranlarını qoruyur, oksidləşmə zərərinə qarşı təsir göstərir

 

Omega-3 - göz quruluğunu azaldır, retina funksiyasını dəstəkləyir

 

Sink - makulanı qoruyur, A vitamininin mənimsənilməsini artırır

 

Lutein və zeaksantin -mMavi işığa qarşı təbii qoruyucu rol oynayır

 

Göz sağlamlığını qorumağın yolları:

 

Yalnız qidalanma deyil, həyat tərzi də göz sağlamlığının qorunmasında vacibdir. Aşağıdakı tövsiyələrə əməl etmək gözlərinizi qoruya bilər:

 

 20-20-20 qaydasına əməl edin: Hər 20 dəqiqədən bir, 20 saniyə müddətində 20 metr uzağa baxaraq gözlərinizi dincəldin.

 

UV filtrli gün eynəyi istifadə edin: Günəşin zərərli şüalarından qorunmaq üçün.

 

 Hər il bir dəfə göz müayinəsindən keçin.

 

Mavi işıq mənbələrindən uzaq durun: Ekran parlaqlığını azaldın, mavi işıq filtrlərindən istifadə edin.

 

Siqaret və digər tütün məhsullarından uzaq durun: Göz sinirinə və damarlarına zərər verə bilər.

 

Gözləri ovmaqdan çəkinin: Bu, mikrobların gözə keçməsinə səbəb ola bilər.

 

Yuxuya diqqət edin: Gözlərin yenilənməsi və istirahəti üçün kifayət qədər yatın.

 

Bol su için: Göz quruluğunun qarşısını almaq üçün gündəlik maye qəbulu önəmlidir.

 

Əminə Bayramova

 

Tarix: 2 May 2025, 10:51   
Избранный
0
pravda.az

1Источники