Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalqarenada növbəti uğura imza atıb.
Trend xəbər verir ki, bu barədə AzMİU məlumat yayıb.
Bildirilib ki, universitet 2025-ci ildə ilk dəfə olaraq dünyanınnüfuzlu reytinq sistemlərindən biri olan QS Starsqiymətləndirməsində iştirak edib və ümumi nəticə üzrə ən yüksəkgöstərici olan 5 ulduzu qazanmağa nail olub.
QS Stars – beynəlxalq ali təhsil müəssisələrinin müxtəlifsahələr üzrə fəaliyyətini qiymətləndirən və 9 əsas meyar üzrəulduzlarla dəyərləndirən bir sistemdir. Hər bir meyar üzrə maksimalnəticə 5 ulduzla ifadə olunur. AzMİU bu qiymətləndirmədə yüksəknəticə göstərərək, bir sıra sahələrdə 5 ulduzla təltif olunub.
AzMİU-nun QS Stars reytinqində əldə etdiyi nəticələr aşağıdakıkimidir:
• Teaching (Tədris): 5 ulduz
• Facilities (Şərait və imkanlar): 5 ulduz
• Employability (Məzunların məşğulluğu): 5 ulduz
• Good Governance (Səmərəli idarəetmə): 5 ulduz
• Social Impact (Sosial təsir): 5 ulduz
• Global Engagement (Qlobal fəaliyyət): 4 ulduz
• Academic Development (Akademik inkişaf): 3 ulduz
• Arts (İncəsənət): 3 ulduz
• Diversity, Equity and Inclusion (Müxtəliflik, bərabərlik vəinklüzivlik): 5 ulduz
Bu nəticə AzMİU-nun tədris keyfiyyəti, kampus imkanları,məzunlarının əmək bazarına uğurlu inteqrasiyası, idarəetməmexanizmləri və beynəlxalq əməkdaşlıqlar sahəsində göstərdiyiyüksək səviyyəli fəaliyyətinin bariz göstəricisidir.
AzMİU-nun QS Stars reytinqində əldə etdiyi ümumi 5 ulduzlunəticə universitetin beynəlxalq standartlara cavab verdiyini,davamlı inkişaf strategiyasına malik olduğunu və qlobal təhsilməkanında mövqeyini möhkəmləndirdiyini təsdiqləyir.