İran və ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı keçiriləcək dördüncü danışıqlar raundu təxirə salınıb. İran tərəfi görüşün logistik və texniki səbəblərlə təxirə salındığını bildirsə də, ABŞ bu görüşün tarixinin heç vaxt rəsmi olaraq təsdiqlənmədiyini açıqlayıb. Görüşün Romada baş tutması planlaşdırılırdı və Oman vasitəçi ölkə kimi prosesdə iştirak edirdi.
Oman rəsmiləri yeni tarixlərin tərəflər arasında ikitərəfli razılaşma əldə edildikdən sonra açıqlanacağını bildirib.
Görüşün may ayının 3-də baş tutması planlaşdırılırdı.
Danışıqların təxirə salınması ABŞ Prezidenti Donald Trampın İran nefti və neft-kimya məhsullarını alanlara qarşı yeni sanksiyalarla hədələməsindən və Tehranla əlaqəli şirkətlərə qarşı təzə sanksiyaların tətbiqindən sonra baş verib. Tramp həmçinin bildirib ki, əgər danışıqlar uğursuz olarsa, hərbi tədbir variantı istisna olunmur.
İran Xarici İşlər naziri Seyid Abbas Əraqçi, Tehran rəhbərliyinin sülh yolu ilə razılaşma əldə etməyə sadiq qaldığını deyib: "Sanksiyələrin aradan qaldırılmasını təmin edən və nüvə proqramımızın dinc məqsədli olacağına dair inam yaradan ədalətli və balanslı saziş üçün daha qətiyyətliyik."
Lakin Tehran mətbuatında ABŞ-ın ziddiyyətli mövqeləri və yeni sanksiyalar danışıqların faydalılığına dair şübhələr yaradıb. ABŞ Müdafiə naziri və Trampın Orta Şərq üzrə xüsusi nümayəndəsi də İrana Husi üsyançılarına dəstəyə görə ciddi xəbərdarlıq ediblər.
Hazırda İran, Rusiyadan sonra dünyada ən geniş sanksiya rejiminə məruz qalan ölkə olaraq, bu sanksiyələrin aradan qaldırılması ilə iqtisadi sabitlik qurmağa çalışır. Prezident Məsud Pəzəşkian da iqtisadi siyasətini əsasən bu məqsədə yönəldib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта