RU

ŞOK İDDİA: İndzaqi ilə Çalhanoğlu mafiya ilə əlaqədə olublar

“İnter”in baş məşqçisi Simone İndzaqi və yarımmüdafiəçisi Hakan Çalhanoğlu mafiya əlaqələri ittihamı ilə 1 oyunluq cəzalanıb.

Publika.az xəbər verir ki, bundan əlavə, onlar cərimə də ödəyəcəklər. Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, araşdırma zamanı İnzaqi və Çalhanoğlunun 2023-cü ildə Çempionlar Liqasının “Mançester Siti”yə qarşı keçiriləcək final oyununa əlavə biletlərin paylanması ilə bağlı mafiya ailələrinə bağlı ultra üzvlə əlaqə saxladığı müəyyən edilib.

Ötən ilin sentyabrında “İnter”in bir neçə azarkeşi, eləcə də “Milan” azarkeşləri hədə-qorxu ilə pul tələb etməkdə və digər qanun pozuntularında şübhəli bilinərək həbs edilmişdilər. Bu azarkeşlərin də mafioz ailələrə bağlı olduğu və futbol sənayesi ilə bağlı cinayətlər törətdikləri vurğulanır.

Избранный
0
2
publika.az

3Источники