Azərbaycan yığmasının futbolçusu Zamiq Əliyev Albaniya Kubokunu qazana bilməyib.
Offsideplus.az xəbər verir ki, həmyerlimizin şərəfini qoruduğu "Eqnatiya" klubu finalda Tirana "Dinamo"suna uduzub.
Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə hissələrdə qol olmadığından penalti seriyası təyin edilib. "Lotereya"da "Dinamo"nun bəxti gətirib - 5:4.
Zamiq Əliyev bütün oyunboyu meydançada olub.
Qeyd edək ki, ötən il yayında "Araz-Naxçıvan"dan "Eqnatiya"ya transfer olunan Z.Əliyev əsas heyətin üzvü sayılır. 24 yaşlı müdafiəçi yeni klubunda bütün turnirlərdə 41 oyun keçirib.
Həmvətənimiz artıq "Eqnatiya" ilə Albaniya Superkubokunu qazanmağı bacarıb. Bundan başqa, o, Albaniya çempionu olmağa yaxındır.