RU

Qaradağlının işğalı və azərbaycanlıları vəhşicəsinə qətli ilə bağlı sənədlər tədqiq olunub

Bakı, 1 may. TELEQRAF

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 1-də davam etdirilib.

Teleqraf xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Əvvəlcə hakim Zeynal Ağayev məhkəmədə ingilis dilində materialın tədqiq olunması ilə əlaqədar prosesdə ingilis dilində tərcüməçi qismində iştirak edəcək Zeynəb Salamovanı təqdim edib.

Hakim prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Prosesdə təqsirləndirilən şəxs Arkadi Qukasyanın Şuşanın işğalından dərhal sonra orada olmasını əks etdirən videomaterial nümayiş etdirilib.

Videomaterialın tədqiqi zamanı Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli görüntülərin Şuşanın işğalından dərhal sonra çəkildiyini bildirib və A.Qukasyana suallar ünvanlayıb.

Təqsirləndirilən şəxs suallara cavabında videokadrlarda özü ilə birlikdə Şuşada olan şəxslərin adlarını sadalayıb: “Ortada mülki geyimdə olan sürücüdür. Mənim arxamda kostyumda olan Oleq İsayandır. Arxa planda Armen İsaqulovu tanıdım. İkinci Zori Balayandır. Mülki geyimdə olan şəxs Vasili Atacanyandır. İndi sürücünün yerinə Yepiskop Parqev yaxınlaşdı... Digərlərini tanımıram. Görünür ki, sadəcə, hərbçilərdir”.

Ardınca təqsirləndirilən şəxs Davit İşxanyanın Şuşanın işğalının qarşısını almaq istəyən Azərbaycan hərbçilərinin yolunu bağlaması barədə videomaterial nümayiş olunub.

Избранный
0
teleqraf.com

1Источники