"Fənərbağça" klubunda Mert Hakan Yandaş üçün mövsüm başa çatıb. 

Offsideplus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi zədəli deyil, ağır infeksiyaya yoluxub. O, sosial şəbəkə hesabında paylaşımında xəstəliyin ağırlığını izah edib: 

"Bir müddətdir ki, xəstəxanada müalicə alıram. Bu günlərdə nələr çəkdiyimi bir mən, bir də yaxınlarım bilir. 20 günə yaxındır ki, məndən asılı olmayan səbəblərdən infeksiyaya yoluxmuşam".