ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts istefası barədə xəbərlərə baxmayaraq, hələ də vəzifəsindədir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Axios ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
“Uolts yaxın günlərdə gedəcək, lakin bu məqamda o, getməyib”, – Ağ Evin yüksək rütbəli rəsmisi deyib.
Fox News cümə axşamı Mayk Uolts və onun müavini Aleks Vonqun istefaya getdiyini bildirdi.
Bunun ardınca Politico-nun jurnalisti Jake Traylor bildirib ki, Donald Trampın xüsusi elçisi Stiven Vitkoff ABŞ-ın milli təhlükəsizlik müşaviri vəzifəsinə əsas namizəd kimi nəzərdən keçirilir.