RU

Böyük Razılaşma: Rusiya ya təslim olacaq, ya da… - Markov

Böyük Razılaşma və atəşkəs. ABŞ və Ukrayna arasındakı Böyük Razılaşma sülh danışıqları ətrafındakı siyasi vəziyyəti dəyişdirir.

Hurriyyet.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov deyib.

Politoloq razılaşmanı bir neçə aspektdən şərh edib:

“1. Trampın Zelenskiyə qarşı pis münasibətinin səbəblərindən biri aradan qalxır. Zelenski ABŞ-la Böyük Razılaşmanı imzalamağı rədd etmişdi. İndi Zelenski imzaladı;

2. Tramp Rusiyanın Zelenskinin istənilən sülh müqaviləsinə imza atmasının qeyri-legitimliyi ilə bağlı bəyanatlarını kəskin tənqid edir. Bu, Böyük Razılaşmanın da qeyri-legitim olduğu anlamına gəlmir?

3. ABŞ özünü Ukraynanın “həmsahibi” kimi görməyə başlayır. Buna görə də onlar özlərini Ukraynaya müsbət yanaşan mövqedən göstərəcəklər;

4. ABŞ Ukraynada sülhə daha çox maraqlı olacaq. Çünki Fond yalnız sülh şəraitində real gəlir əldə etməyə başlaya bilər;

5. Tramp Ukrayna müharibəsinə yeni xərclərin əsaslandırılması mexanizmini yaradıb. İndi bu, pulun sadəcə zibilə atılması deyil, Ukraynanın borcu və ABŞ-ın gələcək mənfəətlərə yatırımıdır;

6. Yəni ABŞ və Ukrayna arasındakı Böyük Razılaşmanın imzalanması Rusiyanın sülh danışıqları vasitəsilə məqsədlərinə çatmağını çətinləşdirəcək;

7. Rusiyanın qarşısında daha sərt seçim olacaq: ya mövqelərini təslim edəcək, ya da müharibəni davam etdirəcək;

8. Bu, Rusiyada da uzunmüddətli sülh və "xüsusi hərbi əməliyyatın” davamı kimi şərti partiyalarası mübarizənin güclənməsi deməkdir".

Избранный
0
3
hurriyyet.az

4Источники