RU

Yamal Ronaldo və Messini qabaqladı

"Barselona"nın vingeri Lamin Yamal peşəkar karyerasında 100-cü oyununu keçirib.

90deqiqe.Az xəbər verir ki, gənc futbolçunun yubiley matçı UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "İnter"ə qarşı (3:3) baş tutub.

"Sky Sports" Yamalın 17 yaşında göstərdiyi performansı "Real Madrid"in sabiq hücumçusu Kriştiano Ronaldo və "Barselona"nın əfsanəsi Lionel Messinin eyni yaş dövründəki göstəriciləri ilə müqayisə edib.

Sözügedən matçda ispaniyalı 1 qol vurub.

Lamin Yamal peşəkar səviyyədə 100 matçda 22 qol vurub, 33 məhsuldar ötürmə edib. 17 yaşına qədər Kriştiano Ronaldo böyüklər futbolunda 19 oyun keçirdi, beş qol vurdu və dörd məhsuldar ötürmə etdi. 17 yaşında Messi 9 oyun keçirib və bir qol vurub.

Избранный
0
90deqiqe.az

1Источники