RU

İranda zəlzələ nəticəsində xəsarət alanların sayı artıb

Bu gün səhər saatlarında İranın Xorasan Rəzəvi əyalətində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 29 nəfərə çatıb.

Bu barədə Oxu.az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.

Sözügedən əyalətin Türbət Heydəriyyə şəhərində 23 nəfərin, Roştxarda dörd nəfərin, Qonbəd və Taybad şəhərlərində isə iki nəfərin xəsarət aldığı bildirilib.

Qeyd edilib ki, insanların zəlzələ zamanı qaçması və izdiham yaranması onların xəsarət almasına səbəb olub.
Избранный
0
1
sherg.az

2Источники