Bakının Yasamal rayonunda bahalı avtomobilin üzərinə ağac aşıb.
Avtosfer.az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə rayonun Əhməd Cəmil küçəsi 3 ünvanında yerləşən Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyin qarşısında baş verib.
Həmin ünvanda saxlanılan "BMW" markalı avtomobilin üzərinə ağac aşıb. Nəticədə nəqliyyat vasitəsi əzilib.