RU

"Prezident Kuboku - 2025": Azərbaycan idmançıları daha 2 medal qazandılar

Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən "Prezident Kuboku - 2025" beynəlxalq reqatası davam edir. 

Fanat.Az xəbər verir ki, yarışların ikinci günündə Azərbaycan komandası növbəti medallarını qazanıb. 

Belə ki, 2011-2012-ci ilər təvəllüdlü idmançıların 500 metrlik məsafəyə ikinəfərlik kayak qayığında (K-2) Mustafa Vəlizadə - Elmir Tarverdiyev cütlüyü gümüş, Sənan Cəfərzadə - Tahir Mövsümov cütlüyü isə bürünc medala sahib çıxıb. 

Qeyd edək ki, komandamızın aktivində hazırda 2 gümüş, 5 bürünc medal var.

Избранный
0
5
fanat.az

10Источники