AZ

Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2025” beynəlxalq turnirinin ikinci günündə daha beş medal qazanıblar

Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2025” beynəlxalq turnirinin ikinci günündə daha beş medal qazanıblar.

"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, bu gün yarışlar Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edib.

2011-2012 təvəllüdlü idmançıların 500 metr məsafəyə kayak yarışında Mustafa Vəlizadə bürünc mükafat qazanıb.

Eyni məsafəyə 2009-2010 təvəllüdlülərdən Əlimurad Hacızadə gümüş medala sahib çıxıb.

2011-2012 təvəllüdlü avarçəkənlərdən Mustafa Vəlizadə/Elmir Tarverdiyev cütü gümüş, Sənan Cəfərzadə/Tahir Mövsümov cütü bürünc mükafat əldə edib.

Nəhayət, 2006-2007 təvəllüdlülərdən Nurlan Paşayev akademik avarçəkmədə gümüş medal qazanıb.

Qeyd edək ki, turnir mayın 2-də başa çatacaq. Ötən Suqovuşandakı yarışda üç idmançımız mükafat əldə edib.

Seçilən
0
4
report.az

10Mənbələr