RU

Qazaxıstanda yaşayan azərbaycanlıların sayı AÇIQLANDI

Qazaxıstan əhalisinin ümumi sayı 20 316 155 nəfərə çatıb.

Bizim.Media Qazaxıstanın Milli Statistika Bürosunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkədə ən çoxsaylı millətlərin nümayəndələri bunlardır; qazaxlar (14 milyon 456 min 709 nəfər), ruslar (2 milyon 963 min 938 nəfər), özbəklər, ukraynalılar, uyğurlar, almanlar və tatarlar.
Məlumat mayın 1-də qeyd edilən Xalqların Birliyi Günündə açıqlanıb.

Rəsmi məlumatlara görə, Qazaxıstanda hazırda 155 364 azərbaycanlı yaşayır ki, bu da onları respublikada sayca səkkizinci böyük millət edir.

Bizim.Media

Избранный
0
5
bizim.media

6Источники