RU

Mask məşhur nəşrə əsəbiləşdi: Haqqında yalan məlumat yayıb

"The Wall Street Journal"ın "Tesla"nın yeni baş direktor axtarışına başladığı barədə xəbəri doğru deyil.

Publika.az xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask "X" (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"The Wall Street Journal"ın qəsdən yalan informasiya dərc etməsi və "Tesla"nın direktorlar şurasının açıq-aşkar təkzibini daxil etməməsi etik standartların son dərəcə ciddi pozulmasıdır", - deyə Mask bildirib.

Qeyd edək ki, bundan əvvəl nəşr yazmışdı ki, "Tesla"nın direktorlar şurası şirkətin baş direktoru vəzifəsinə - İlon Maskın yerinə namizəd axtarır.

Избранный
0
1
publika.az

2Источники