RU

İngiltərədə yerli seçkilər keçirilir

London, 1 may, AZƏRTAC

Bu gün İngiltərədə yerli seçkilər təşkil olunub.

AZƏRTAC xəbər verir ki, seçkilərdə 1600-dən çox bələdiyyə üzvü, altı bölgədə mer, Runkorn və Helsbi dairələri üzrə isə yeni deputat seçilməlidir.

Seçki məntəqələri saat 7:00-da açılıb, səsvermə 22:00-dək davam edəcək. Seçkilərin nəticələrinin ölkənin siyasi mənzərəsinə ciddi təsir göstərəcəyi gözlənilir.

Qeyd edək ki, bu gün Şotlandiya, Uels və Şimali İrlandiyada seçki keçirilmir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
0
azertag.az

1Источники