RU

Gədəbəydə 19 yaşayış məntəqəsini birləşdirən avtomobil yolları yenidən qurulur (VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq,vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün AzərbaycanAvtomobil Yolları Dövlət Agentliyi tərəfindən Gədəbəy rayonundaKiçikQaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli‒Çobankənd‒Şahdağ‒Çiçəklimarşrutu üzrə avtomobil yollarının yenidən qurulması davametdirilir.

Trend xəbər verir ki, bu barədə AAYDA məlumatyayıb.

Bildirilib ki, uzunluğu 45 kilometr olan avtomobil yolları uzunmüddət təmir olunmadan istifadə edildiyindən və təbii faktorlarıntəsirindən yararsız vəziyyətdə idi. Xüsusən payız-qış mövsümündəucqar dağ yolları ilə hərəkət etməkdə müəyyən problemlər yaranırdı.Dövlət başçısının tapşırığına uyğun olaraq, artıq bu problemləraradan qaldırılır. Belə ki, əsaslı şəkildə yenidən qurulmasına vəbərpasına ehtiyac yaranan yollar 4-cü texniki dərəcəyə uyğuntəkmilləşdirilir. Layihəyə uyğun yolların eni 8-9 metrə qədərgenişləndirilir.

"İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, texnolojiardıcıllığa uyğun şəkildə hazırda torpaq işləri, qazma, yolunnormativ eninin alınması üçün genişləndirmə, yol əsasının tikintisivə yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilir.Artıq yolun 34 km-lik hissəsində asfalt örtüyünün vurulması işləriyekunlaşıb.

Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsiməqsədilə zəruri yerlərdə düzbucaqlı və müxtəlif diametrlərə maliksuötürücülərin tikintisi yerinə yetirilib. Yolboyu layihədə nəzərdətutulan 4 körpünün inşası üzrə işlər artıq icra olunub. Hazırdakörpülərin yanaşma yollarının tikintisi son mərhələdə olmaqla davametdirilir.

Bütün işlər tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır.İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlıqüvvə və texnika cəlb edilib.

17 min əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirənavtomobil yollarının yenidən qurulması ilə rahat gediş-gəliş təminolunacaq, yük və sərnişin daşıması asanlaşacaq. Bundan başqa əsaslışəkildə yenidən qurulmuş yollarla əhalinin yetişdirdiyi məhsullarıntez və xarab olmadan bazarlara çıxışı təmin olunmaqla kəndtəsərrüfatının inkişafına, əlavə turizm marşrutlarının yaranmasınagətirib çıxaracaq. Bu isə marşrut boyu yaşayan əhalininsosial-rifah halına müsbət təsir etmimş olacaq.

Məqalədə:
Избранный
0
7
az.trend.az

8Источники