RU

ABŞ-də güclü fırtına faciə ilə nəticələndi: 6 ölü

ABŞ-nin Pensilvaniya və Oklahoma ştatlarında baş verən güclü fırtınalar nəticəsində 6 nəfər həyatını itirib.

Far.Az haber global-a istinadən xəbər verir ki, ABŞ-nin şərqində yerləşən Pensilvaniya və cənubundakı Texas, Oklahoma ştatları güclü fırtınanın təsirinə məruz qalıb. Fırtına Oklahoma ştatının cənubi və Texasın şimalında intensiv yağışlara səbəb olub, küçələri su basıb.

Oklahomada iki nəfər avtomobillərinin sel sularına düşməsi nəticəsində ölüb. Yerli rəsmilər bildiriblər ki, bir çox sürücü sel sularından xilas edilib, Lexington şəhərində isə suyun səviyyəsi artdığı üçün bəzi sakinlər evakuasiya edilib.

ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) görə, Dallas Love Field və Dallas-Fort Worth beynəlxalq hava limanlarında fırtına səbəbindən bütün əməliyyatlar dayandırılıb, yüzlərlə reys ləğv edilib.

Pensilvaniyada isə güclü külək nəticəsində ağacların və elektrik dirəklərinin aşması ilə dörd nəfər həyatını itirib. Ştatda baş verən fırtına səbəbilə 400 mindən çox ev və iş yeri işıqsız qalıb.

ABŞ Milli Hava Xidməti bölgədəki ildırımlı və güclü fırtınanın sabah da davam edəcəyi barədə xəbərdarlıq yayıb.

Избранный
0
far.az

1Источники