PSJ qapıçısı Canluici Donnarummanı heyətində saxlamaq istəyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubu qapıçı ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlamağa hazırdır.
İtaliyalının hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Donnarumma ilə İngiltərə klublarının maraqlandığı qeyd edilir.