RU

Stolüstü tennis üzrə ölkə birinciliyində komanda yarışlarına yekun vurulub

Stolüstü tennis üzrə ölkə birinciliyində komanda yarışlarına yekun vurulub.

Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, "Şüa" idman kompleksində keçirilən yarışda 2006-2009-cu il, 2010-cu il və daha kiçik təvəllüdlü idmançılar iştirak ediblər.

Nəticələrə əsasən, 19 yaşadək qızlar arasında Sümqayıt-1 kollektivi 1-ci yeri tutub. Bakı-1 ikinci, Şabran və Sumqayıt-2 üçüncü pillədə qərarlaşıb.

19 yaşadək oğlanların yarışında baş mukafata Bakı-1 komandası layiq görulüb. Sumqayıt kollektivi ikinci, Şabran və Bakı-2 üçüncü yeri tutub.

U-15 yaş dərəcəsində qızların mubarizəsi Sumqayıt-1 komandasının qələbəsi ilə nəticələnib. Bakı-1 ikinci, Sumqayıt-2 və Sumqayıt-3 üçuncü pillədə yer alıb.

15 yaşadək oğlanların yarışından isə Şabran idmançıları qalib ayrılıblar. Bakı-1 ikinci, Sumqayıt-1 və Sumqayıt-2 komandası üçuncü yeri tutub.

Избранный
0
6
report.az

8Источники