AZ

Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vuruldu

Stolüstü tennis üzrə ölkə birinciliyində komanda yarışlarına yekun vurulub.

Fanat.Az Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, "Şüa" İdman Kompleksində keçirilən yarışda 2006-2009-cu il, 2010-cu il və daha kiçik təvəllüdlü idmançılar iştirak ediblər.

19 yaşadək qızlar arasında "Sümqayıt-1" kollektivi birinci yeri tutub. "Bakı-1" ikinci, "Şabran" və "Sumqayıt-2" üçüncü pillədə qərarlaşıb.

19 yaşadək oğlanların yarışında baş mukafata "Bakı-1" komandası sahib çıxıb. "Sumqayıt" ikinci, "Şabran" və "Bakı-2" üçüncü olub.

U-15 kateqoriyasında qızların mubarizəsi "Sumqayıt-1"in qələbəsi ilə nəticələnib. "Bakı-1" ikinci, "Sumqayıt-2" və "Sumqayıt-3" üçuncü pillədə yer alıb.

15 yaşadək oğlanların yarışından isə "Şabran" idmançıları qalib ayrılıblar. "Bakı-1" ikinci, "Sumqayıt-1" və "Sumqayıt-2" komandası üçuncü olub.

Seçilən
0
6
fanat.az

8Mənbələr