RU

Fərhad Abdullayev: Məhkəmələrdə süni intellektdən düzgün istifadə olunmalıdır

BAKI, 1 may. TELEQRAF

"Güman edirik ki, süni intelektin imkanlarından cəmiyyət düzgün istifadə edəcək".

Teleqraf xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Konstitusiya - dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm hüquqi bazadır” adlı beynəlxalq konfransda deyib.

O bildirib ki, məhkəmə sistemi yeni innovativ inkişaflardan kənarda qalmamalıdır:

"Bunlar işin asanlaşdırılmasına təsir etməlidir. Robotların insanlaşdırılması düzgün səmtə yönəlməlidir. Məhkəmə sistemində süni intellektin rolundan düzgün istifadə olunmalıdır. Güman edirik ki, süni intelektin imkanlarından cəmiyyət düzgün istifadə edəcək".

Избранный
0
teleqraf.com

1Источники