RU

RFO-nun biologiya fənni üzrə praktiki turuna mediatur təşkil olunub (FOTO)

Bakı. Trend:

Mayın 1-də Respublika Fənn Olimpiadalarının biologiya fənni üzrəpraktiki turuna mediatur təşkil olunub.

Trend xəbərverir ki, infoturda Elm və Təhsil Nazirliyinin rəsmiləri, Təhsilİnstitutunun rəhbərliyi, təhsil ekspertləri və media nümayəndələriiştirak ediblər.

Qeyd edək ki, VIII-XI sinif şagirdlərinin iştirak etdiyiRespublika Fənn Olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya,informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarixolmaqla ümumilikdə səkkiz fənn üzrə təşkil olunur.

İnformatika fənni üzrə final mərhələ bu il ilk dəfə olaraq ikigün — aprelin 25-i və 26-sı tarixlərində keçirilib. Aşağı yaş qrupuüzrə 107, yuxarı yaş qrupu üzrə isə 95 nəfər imtahanda iştirakedib.

Fizika və kimya fənləri üzrə final mərhələ aprelin 28-də baştutub. Bu mərhələdə fizika fənni üzrə 121, kimya fənni üzrə isə 120nəfər olmaqla ümumilikdə 241 şagird iştirak edib.

Aprelin 29-da isə fizika fənni üzrə praktiki tur keçirilib.

Azərbaycan dili və ədəbiyyatı, eləcə də coğrafiya fənləri üzrəRespublika Fənn Olimpiadalarının final mərhələsinin mayın 2-də,riyaziyyat fənni üzrə isə mayın 5-6-da keçirilməsi nəzərdətutulur.

RFO-nun
RFO-nun
RFO-nun
Избранный
0
9
az.trend.az

10Источники