İrəvanın Şenqavit Məhkəməsinin hakimi Artuş Qabrielyan korrupsiya işi ilə bağlı iki ay müddətinə həbs edilib. Bu barədə Sputnik Ermənistan-a onun vəkili Erik Aleksanyan məlumat verib.
Onun sözlərinə görə, Artuş Qabrielyan Vardaşen cəzaçəkmə müəssisəsinə köçürülüb.
Xatırladaq ki, aprelin 30-da Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən bildirilib ki, Şenqavit məhkəməsində istintaq tədbirlərindən sonra iki nəfər həbs edilib. Həbs olunanlardan biri hakim Artuş Qabrielyanın köməkçisi, digəri isə onun dostudur.
Bundan əvvəl “168.am” saytı Artuşu Nikol Paşinyanın sevimli hakimlərindən biri adlandırmışdı. Nəşr Qabrielyanın başı üzərində qara buludların yığıldığı və onun işdən çıxarılacağı barədə məlumat vermişdi.
Ötən il Ermənistan Baş Prokurorluğu A.Qabrielyan və onunla əlaqəli şəxslərin qanunsuz hesab edilən əmlakının müsadirə edilməsini tələb etmişdi. Söhbət beş daşınmaz əmlak, 62,81 milyon dram (təxminən 163 min dollar) və dörd avtomobildən gedir.
Tural