RU

Sabirabadda ağır qəza: Ölən və yaralanan var

Sabirabadda avtomobilin aşması nəticəsində qardaşlardan biri ölüb, digəri xəsarət alıb...

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Çiçəkli kəndində qeydə alınıb.

Belə ki, “Priora” markalı avtomobil hərəkətdə olarkən qarşısına mal-qara çıxıb. Sürücü avtomobili heyvanlardan yayındıran zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarına aşıb. Hadisə zamanı rayonun Cəngan kənd sakinləri; 1998-ci il təvəllüdlü Məmmədov Raqif Telman oğlu və qardaşı, 2000-ci il təvəllüdlü Məmmədov Elşad Telman oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

E.Məmmədov ağır xəsarətlər aldığından həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Избранный
0
1
poliqon.info

10Источники