RU

Çempionlar Liqası: “Barsa” və “İnter”dən 6 qolluq heç-heçə

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.

Arena.az xəbər verir ki, İtaliya təmsilçisi “İnter” İspaniyada “Barselona”nın qonağı olub.

İtaliya və İspaniya nəhəngləri finala vəsiqə yolunda sərfəli nəticə qazanmağa çalışıblar. Amma altı qolun qeydə alındığı bu möhtəşəm oyunda qalib müəyyənləşməyib.

Xatırladaq ki, ötən gün keçirilmiş ilk yarımfinal görüşündə İngiltərənin “Arsenal” komandası doğma meydanda Fransa çempionu PSJ-yə 0:1 hesabıyla məğlub olmuşdu.

ÇL-in yarımfinal mərhələsinin cavab görüşlərinə mayın 6-da start veriləcək.

UEFA Çempionlar Liqası
Yarımfinal, ilk oyunlar
30 aprel

“Barselona” (İspaniya) – “İnter” (İtaliya) 3:3
Qollar: Lamin Yamal, 24. Ferran Torres, 38. Yan Zommer, 65-öz qapısına) – Markus Türam, 1. Denzel Dumfris, 21; 64.

Избранный
0
1
arena.az

10Источники