RU

“Bu mənim üçün yeni reallıqdı”

Serbiyalı tennisçi Novak Cokoviç indi əvvəlki idman formasından çox uzaqdı.

"Football-plus.az" xəbər verir ki, dünyanın 5-ci raketkası Madriddə keçirilən “Masters” seriyalı turnirin 2-ci dövrəsində italiyalı Matteo Arnaldiyə uduzub (3:6, 4:6). Coko ardıcıl 3-cü oyunda məğlub olandan sonra belə deyib:
“Monte-Karlo ilə müqayisədə Madriddə daha çox oyun keçirəcəyimə ümid edirdim. Deməliyəm ki, bu mənim üçün yeni reallıqdı – yəni turniri qazanmağı yox, bir-iki oyunda qalib gəlməyi nəzərdə tuturam. Mənim üçüm psixoloji planda yeni çağırışdı. Ancaq bu da həyatın və karyeranın bir mərhələsidi, gec-tez baş verməliydi”.

Xatırladaq ki, 37 yaşlı Cokoviç “Böyük dəbilqə” turnirlərinin 24 qat qalibidi.
Избранный
0
football-plus.az

1Источники