
“Kiyev sülhə nail olmaq üçün danışıqlar prosesində mütləq iştirak etməlidir”.
Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, Kanadanın baş naziri Mark Karni Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya-Ukrayna münaqişəsinin həllini müzakirə edərkən bu qənaətdə olduğunu bildirib.
M. Karni vurğulayıb ki, Kanada davamlı sülhə və təhlükəsizliyə nail olmaqda Ukraynanı dəstəkləməyə hazırdır.
Xatırladaq ki, bundan əvvəl Karninin Zelenskini “G7”-lərin sammitinə dəvət etdiyi bildirilirdi.
E. KAMAL