Türkiyə Super Liqasının XXXII turu üzrə "Beşiktaş"a qarşı oyundan öncə "Fənərbağça" klubunda gözlənilməz "premya" qərarı verilib.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi futbolçulara qələbə ilə əlaqədar pul mükafatı verməyəcək. Kadıköy təmsilçisi heç bir məğləb müəyyən etməyib və futbolçular da rəhbərlikdən "premya" istəməyiblər.
Qeyd edək ki, "Fənərbağça" - "Beşiktaş" qarşılaşması mayın 4-ü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Xatırladaq ki, "sarı-lacivərtlər" turnir cədvəlində 75 xalla ikincidir və "Qalatasaray"dan 5 xal geridədirlər.