RU

Məşhur aktyor "Günahkarlar"-ı dəstəkləyir

Məşhur

Hollivudun ulduz aktyoru Tom Kruz ekranlara yeni çıxarılan, vampirlərdən bəhs edən "Günahkarlar" adlı filmə dəstək olmaq üçün sosial mediaya müraciət edib.

Reyting.az
xəbər verir ki, bu barədə "Collider" nəşri yazıb.

Məşhur aktyor arxa planda filmin posteri olan fotosuna belə bir şərh yazıb:

"Rejissor Rayanı Kuqleri, aktyor Maykl B. Cordanı və digər aktyorları, bütün heyəti təbrik edirik. Filmi kinoteatrda izləməyi, son kreditləri gözləyin!"

Aktyor Maykl B. Cordan həmkarı, ulduz aktyor Tom Kruza tezliklə belə bir cavab yazıb:

"Sevginizə və dəstəyinizə görə təşəkkür edirik!"

Qeyd edək ki, "Günahkarlar" dünya üzrə nümayişində 161 milyon dollar qazanıb. Filmin süjeti 1930-cu illərdə Yeni Orleanda cərəyan edir. Filmdə həmçinin Heyli Stanfeld, Cek Okonnell kimi məşhur aktyorlar çəkilib.

Məlumata görə, "Günahkarlar" filminin rəqəmsal nümayişi mayın 20-nə planlaşdırılıb.

Oqtay QORÇU
Избранный
0
reyting.az

1Источники