RU

ABŞ-nin müdafiə naziri İranı husilərə yardım etməyin fəsadları ilə hədələyib

ABŞ-nin müdafiə naziri Pit Heqset İranın üsyançı "Ənsar Allah" hərəkatının husilərinə yardım etməyin məsuliyyət daşıyacağını söyləyib.

“Report” xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

"İrana mesaj: husilərə ölümcül dəstəyinizi görürük. Nə etdiyinizi dəqiq bilirik. ABŞ Silahlı Qüvvələrinin nəyə qadir olduğunu yaxşı bilirsiniz və sizə xəbərdarlıq edildi", - paylaşımda qeyd olunur.

"Sizin üçün seçdiyimiz zaman və yerdə fəsadlar", - Pentaqon rəhbəri əlavə edib.

Избранный
0
25
report.az

10Источники