AFFA-da aşağı yaş qrupları üzrə liqalarda çıxış edən komandaların akademiyalarının texniki direktor və koordinatorları ilə görüş keçirilib.
Offsideplus.az xəbər verir ki, görüşdə AFFA tərəfindən baş katibinin müavini Kamran Vəliyev və Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov iştirak edib.
AFFA-nın inzibati binasına toplaşan Misli Premyer Liqası klublarının və yenidən elitaya yüksələn “Qəbələ”nin akademiyasının nümayəndələri ilə aşağı yaş qrupları üzrə liqaların təşkili, başa çatmaqda olan mövsümün yekunları müzakirə olunub.
Həmçinin 2025/2026 mövsümünə dair fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.
Yaxın vaxtlarda digər komandaların nümayəndələri ilə də görüşlərin keçirilməsi nəzərdə tutulub.