Aşağı yaş qrupları üzrə liqalarda çıxış edən komandaların akademiyalarının texniki direktor və koordinatorları ilə AFFA-nın Yarışların Təşkili Departamentinin əməkdaşları arasında görüş keçirilib.
Apasport.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan görüşdə AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov, Misli Premyer Liqasında çıxış edən klubların və yenidən elitaya yüksələn “Qəbələ”nin akademiyasının nümayəndələri iştirak ediblər.
Aşağı yaş qrupları üzrə liqaların təşkili, başa çatmaqda olan mövsümün yekunları müzakirə olunub, eləcə də, 2025/2026-cı illər mövsümünə dair fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.
Qeyd edək ki, yaxın vaxtlarda digər komandaların nümayəndələri ilə də görüşlərin keçirilməsi nəzərdə tutulub.
Toral Bayramov "Qarabağ"ı tərk edir? - AVROPA KLUBLARININ HƏDƏFİNDƏ
"Karvan" ev oyunlarını harada keçirəcək? - Süni ot örtüyü...
“Neftçi” rəsmisi: “Samir Abasov gələndən çox şey dəyişib”
FIFA referisi “Araz-Naxçıvan”ın oyununa təyinat alıb
Azərbaycan çempionatlarında son 11 mövsümün rekordu qeydə alınıb