RU

Paşinyan müxalifətlə əlaqəli olan biznesmenləri “ovlamağa” başlayır

Baş nazir Nikol Paşinyan silahdaşlarını arxayın edib ki, gözlənilən etirazlar aksiyaları baş tutmayacaq...

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, “Vətəndaş sazişi” partiyasında fəal şəkildə yayılan şayiələrə görə, qarşıdakı günlərdə Ermənistanın iş adamlarına qarşı repressiyalar başlayacaq. Bu hücumlar qəfil yoxlamalardan tutmuş həbslərə qədər inkişaf edə bilər. Repressiyalar müxalifət və Rusiya ilə əlaqəli iş adamlarını hədəf alacaq.

“Eyni mənbənin məlumatına görə, Nikol Paşinyan öz tərəfdaşlarını əmin edib ki, müxalifət hakimiyyətə qarşı heç bir etiraz aksiyası keçirə bilməyəcək, sadəcə olaraq vaxtları olmayacaq”, deyə nəşr yazır.

Poliqon.info

Избранный
3
poliqon.info

1Источники