RU

Azərbaycanda diri çəkidə ət istehsalı artıb

Bakı, 30 aprel, AZƏRTAC

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda diri çəkidə ət istehsalı artıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin müvafiq dövründə ölkəmizdə 139.2 min ton diri çəkidə ət istehsal olunub. Cari ilin ilk üç ayında isə bu rəqəm 141.6 min tona çatıb. Bununla da yanvar-mart aylarında Azərbaycanda diri çəkidə ət istehsalında 1,7 faiz artım qeydə alınıb.

Qeyd edək ki, yanvar-mart aylarında kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 1601.6 milyon manat təşkil edib. Bunun da 94.3 faizi (1.510.1 milyon manat) heyvandarlıq sahəsinin payına düşür.

 

 

Избранный
0
4
azertag.az

5Источники