Arxeoloqlar dünyanın ən qədimi hesab edilən çoxdan yoxa çıxmış Daş dövrü sivilizasiyasının sirlərini açıblar. Türkiyənin cənub-şərqində aparılan araşdırmalar zamanı əvvəllər məlum olmayan 20 yer aşkar edilib...
Poliqon bu barədə The Independent-ə istinadən xəbər verir.
Qeyd olunur ki, təxminən 11500 il əvvələ aid olan yoxa çıxan sivilizasiya, çox güman ki, dünyada monumental memarlıq, mürəkkəb heykəltəraşlıq və qabaqcıl daş emalı texnologiyalarını yaradan ilk sivilizasiyadır. Alimlərin fikrincə, böyük yaşayış məskənlərinin meydana çıxdığı bəşər mədəniyyətini ilk onlar gətiriblər.
Ümumilikdə alimlər 30-a yaxın yaşayış məntəqəsini kəşf edə biliblər. Arxeoloqlar bu bölgədə ən azı 30 fərqli yaşayış yeri tapmağı gözləyirlər.
Nəşr paylaşıb ki, turistlər hazırda araşdırılan bir neçə yerə, o cümlədən Karahan-Təpə və Göbekli-Təpəyə baş çəkə bilərlər. Bu yerlərdən bəziləri hələ 1990-cı illərdə qazılmışdı, lakin o zaman elm adamları onların nəhəng və əvvəllər naməlum qədim sivilizasiyaya rast gəldiklərini başa düşməyiblər.
Alimlərin fikrincə, aşkar edilmiş sivilizasiya Qədim Misirdən iki dəfədən çox, Klassik Yunanıstandan isə demək olar ki, beş dəfə qədimdir. Məhz bu insanlar yeraltı günbəzli otaqları və qayalara oyulmuş böyük ritual zalları ilə mürəkkəb memarlıq yaradıblar.
Qazıntılar zamanı tədqiqatçılar 2,45 metr hündürlüyündə heykəl aşkar ediblər. Ehtimal ki, bu qədim sivilizasiyanın insanları tərəfindən pərəstiş və hətta sitayiş obyekti olub. Onlar həmçinin bəbirlər, timsahlara bənzər canlılar, ilanlar, nəhəng mal-qara, çöl donuzu, qarğalar, quşlar, çöl keçiləri, qurbağalar və əqrəblərin təsvirlərini tapıblar.
Bundan əlavə, arxeoloqlar qazılmış yaşayış məntəqələrinin bəzi otaqlarında onlarla həqiqi insan başları tapıblar. Alimlər bunun bəzi ənənələrin mövcudluğuna dəlalət edə biləcəyini irəli sürüblər.
Poliqon.info